Posavina

Sava çayının hövzəsi

Posavina (xorv. Posavina, bosn. Posavina, serb. Посавина, sloven. Posavje/Posavina) — Sava çayının hövzəsinə yerli dildə verilən ad. Bu regiona Sloveniya, Xorvatiya, Bosniya və Herseqovina və Serbiyanın ərazisindən axan iri çaylar daxildir. Ortadunay düzənliyindən kənarda yerləşir. Bölgədə ərazisinin dəniz səviyyəsindən hündürlüyü 100 metr təşkil edir. Ərazinin eni 4–45 km, uzunluğu isə 400 km-dir.

Bölgənin şərəfinə çoxlu sayda toponimlər vardır: Xorvatiyada dairələrdən biri — Brodsko-Posavska dairəsi, Bosniya-Hersoqovinada isə kantonlardan biri — Posavski kantonu. Bu bölgənin şərəfinə şəhər meydanı (xorv. hrvatski posavac hrvatski posavac "xorvat posavası") və toyuq növü (Posava kəkilli toyuğu) belə vardır.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search